Krım işğal altında olduqca, müharibə bitməyəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.
“Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Krım Rusiyanın işğalı altında olduğu təqdirdə, bu, yalnız bir şey deməkdir: müharibə hələ sona çatmayıb”, – Ukrayna Prezidenti vurğulayıb.
Zelenski, həmçinin qeyd edib ki, Krım azad olunmadığı təqdirdə, qələbə də mümkün deyil.
Azinformasiya.az