Rusiyanın Aİ ölkələrində dondurulmuş aktivlərinin məbləği açıqlanıb

Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra bu ölkənin Avropa İttifaqına üzv ölkələrdə dondurulmuş aktivlərinin məbləği açıqlanıb.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders Haaqada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə əsasən, Rusiyanın Aİ ölkələrində dondurulmuş aktivlərinin məbləği hazırda 207 milyard avro təşkil edir.

“Avropa Komissiyası Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını müzakirə edir”, – o vurğulayıb.

Reynders, həmçinin qeyd edib ki, Avropa Komissiyası bu yolla ildə 3 milyard avroya kimi vəsait əldə edəcəyini gözləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir