Bakıda kişi evində ölü tapılıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 49-da baş verib.
Yaşadığı evdə qaz borusundan asılı vəziyyətdə tapılan 1986-cı il təvəllüdlü Sərvər Qayıblının intihar etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az