ABŞ Prezidenti Cozef Bayden Vilnüsdə NATO sammitində iştirak edəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sammit iyulun 11-i və 12-də olacaq.
Sammitdən öncə iyulun 9-u və 10-da Bayden Londona səfər edəcək və burada Kral III Çarlz və Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşəcək.
Azinformasiya.az