Çinin vitse-prezidenti: “Münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik”

“Beynəlxalq ictimaiyyət münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə nizamlamağa, çoxtərəflilik və inklüzivlik tətbiq etməyə borcludur”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Pekində keçirilən XI Qlobal Sülh Forumu zamanı Çinin vitse-prezidenti Xan Çjen deyib.

Eyni zamanda o, qarşılıqlı etimad yaratmaq, mübahisələri həll etmək və təhlükəsizliyə müvəffəq olmaq üçün dialoqdan istifadə etməyin vacibliyini vurğulayıb:

“Biz münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik. Beynəlxalq ictimaiyyət, xüsusilə də güclü böyük dövlətlər birmənalı şəkildə sülhü təşviq etməli, müvafiq ölkələrin ehtiyac və istəklərinə uyğun olaraq danışıqları və vasitəçiliyi asanlaşdırmalıdırlar”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir