Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən iğtişaşlarla əlaqədar Almaniyaya səfərini təxirə salıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Fransa dövlət başçısı almaniyalı həmkarı Frank Valter Ştaynmayerə zəng edərək ölkəsindəki vəziyyət barədə onu məlumatlandırıb.
“Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salmağı xahiş edib. Federal Prezident səfərin təxirə düşməsindən təəssüflənir və qonşu ölkədəki vəziyyəti tam başa düşür. Federal Prezident baş verənləri diqqətlə izləyir. O, küçələrdə zorakılığın ən qısa zamanda sona çatacağına və sosial sülhün bərpa olunacağına ümid edir”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Makronun Almaniyaya səfəri iyulun 2-4-nə planlaşdırılmışdı.
Azinformasiya.az