“Rusiya Prezidenti Vladimir Putinin həyatı üçün təhlükə daha çoxdur, nəinki mənim. Çünki onu öldürmək istəyənlər var”.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski İspaniyanın “El Mundo” nəşrinə müsahibəsində söyləyib.
Zelenski vurğulayıb ki, şəxsi həyatı üçün təhlükə gündəlik fəaliyyətinin bir hissəsinə çevrilib: “Lakin buna artıq öyrəşmişəm. Vladimir Putinin isə bu məsələdə, ümumiyyətlə, şansı gətirməyib”.
Azinformasiya.az