Gəncədə kişi əvvəl həyat yoldaşını, sonra isə özünü bıçaqlayıb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
Belə ki, qəsəbədə sakini 34 yaşlı Ramin İmanov həyat yoldaşı Şəhla Bayramovanı 12 dəfə bıçaqla xəsarət yetirəndən sonra özünü bıçaqlayıb.
Xəstəxanaya yerləşdirilən xəsarət alanların 3 övladı olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Azinformasiya.az