Qaribaşvili: “Gürcüstan hələ də Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır”

“Gürcüstan hələ də Azərbaycan və Ermənistan arasında vasitəçi olmağa hazırdır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı qeyd edib.

Onun sözlərinə əsasən, Tbilisinin regionda gözəl münasibətləri var və bu münasibətlər müxtəlif layihələrin həyata keçirilməsi ilə daha da güclənir. Qaribaşvili qeyd edib ki, Azərbaycan, Türkiyə və Ermənistan ilə əməkdaşlıq günbəgün intensivləşir.

Qaribaşvili, eyni zamanda öz ideyasını – dinc qonşuluq platformasını xatırladıb və bunu region üçün nümunəvi vasitəçilik variantı adlandırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir