Lavrov: Rusiya “Taxıl sazişi”ni uzatmaq üçün heç bir səbəb görmür

Qərbin bütün maneələrinə rəğmən Rusiya gübrələrinin və ərzaqlarının ixracı davam edir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə deyib.

İyulun 17-də müddəti bitəcək taxıl sazişi ilə bağlı danışan Lavrov qeyd edib ki, bu müqaviləyə xitam veriləcəyi halda Rusiya Federasiyası öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə taxıl tədarükünü təmin edəcək.

Rusiya XİN rəhbəri taxıl sazişindəki razılaşmalara qərb ölkələrinin riayət etmədiyini deyib. Bildirib ki, saziş çərçivəsində ixrac olunan taxılın çox az həcmi yoxsul ölkələrə gedib çatır. Onun sözlərinə əsasən, taxıl sazişi kommersiya sazişinə çevrilib.

Lavrov vurğulayıb ki, Rusiya “Taxıl sazişi”ni uzatmaq üçün heç bir səbəb görmür.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir