Rusiya BMT Təhlükəsizlik Şurasının tezliklə genişlənməsinə çalışacaq.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə bildirib.
Onun sözlərinə əsasən, Moskva bunu Asiya, Afrika və Latın Amerikası ölkələri hesabına edəcək.
Lavrov brifinq zamanı vurğulayıb ki, Rusiya BMT katibliyinin heç bir hökumətdən göstəriş almaması tələbinin pozulmasına dair çoxlu nümunələrdən xəbərdardır.
Azinformasiya.az