Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Gürcüstana səfərə gəlib.
Azinformasiya.az xəbər verir ki, Buriç səfəri çərçivəsində Gürcüstanın XİN rəhbəri İliya Darçiaşvili ilə görüşüb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında qeyd olunub ki, tərəflər Aİ-Gürcüstan ikitərəfli əlaqələrinə, Gürcüstanda həyata keçirilən islahatlara, Rusiya-Ukrayna müharibəsi fonunda regional çağırışlara diqqət yetiriblər.
XİN başçısı İliya Darçiaşvili baş katib Buriçə Gürcüstanın demokratik islahatlarına göstərdiyi möhkəm dəstəyinə görə minnətdarlığını bildirib.
Azinformasiya.az