Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut rayonunda iki strateji yüksəkliyə nəzarəti ələ keçirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Ukraina seyças” məlumat yayıb.
Bildirilib ki, Baxmutun strateji Kleşiyevka və Berxovka kəndlərinə faktiki olaraq Ukrayna müdafiəçiləri nəzarət edir.
Döyüş bölgəsindən bildirilib ki, həmin əraziyə tam nəzarəti ukraynalılar edərsə, onda Baxmut mühasirəyə düşəcək.
Məlumata görə, işğalçıların şəhərin şimal küçələrindəki mövqelərini Ukrayna ordusu darmadağın edir.
Azinformasiya.az