Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə telefon danışığı aparıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı dövlət başçıları qarşılıqlı olaraq Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə, İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini diləyiblər.
Həmçinin Qurban bayramı münasibəti ilə Türkiyə Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı Məhəmməd bin Zayed Əl Nəhyan, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar və Pakistanın Baş naziri Şahbaz Şərif ilə də telefon danışığı aparıb.
Azinformasiya.az