Kreml ordu generalı Surovikinin “Vaqner”in qiyam planından əvvəlcədən xəbərdar olması ilə bağlı iddialara münasibət bildirib

Kreml ordu generalı Sergey Surovikinin “Vaqner” qruplaşmasının silahlı qiyam cəhdindən əvvəlcədən xəbərdar olması ilə bağlı iddialara münasibət bildirib.

 

Azinformasiya.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Surovikinin Vaqnerin qiyamını öncədən bildiyi barədə iddiaları fərziyyə və dedi-qodu adlandırıb.

Qeyd edək ki, mətbuatda və teleqram kanallarında Ukraynadakı Rusiya Qoşun Qruplaşmasının komandan müavini olan Sergey Surovikinin Yevgeni Priqojinin rəhbərliyi ilə iyunun 24-də silahlı qiyamın planlaşdırılmasından öncədən məlumatlı olması ilə bağlı iddialar yayılıb. Bundan əlavə, Surovikinin “Vaqner” Özəl Hərbi Şirkətinin 2017-ci ildən fəxri üzvü olduğuna dair məlumatlar yayılıb.

Xatırladaq ki, Priqojin 25 minlik qoşunu ilə Moskvaya yürüş edərkən ona yürüşü dayandırıb, dislokasiya yerinə qayıtması üçün ilk müraciət edənlərdən biri Surovikin olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir