Stokholm polisi Quranın yandırılması aksiyasına icazə verib

İsveçin paytaxtı Stokholm şəhərində polis Quranın yandırılması aksiyasına icazə verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “Radio Sweden” məlumat yayıb.

Aksiya təşkilatçıları onu məscidin yanında keçirməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl şəhər polisi bu tip aksiyaya icazə verməkdən imtina edib, ancaq aksiya təşkilatçılarının müraciət etdiyi məhkəmə icazənin verilməməsi qərarını yanlış adlandırıb.

Xatırladaq ki, bu il fevral ayının başlanğıcında Stokholmda Türkiyə və İraq səfirlikləri qarşısında Quranın yandırılmasını təşkil etməyə hazırlaşan aksiya təşkilatçıları polisə müraciət edib, lakin bu cür aksiyaların əvvəllər ölkə əleyhinə təhdidlərə səbəb olduğunu və yeni aksiyaların terror aktları riskini ciddi şəkildə artıracağını əsas gətirərək onlara imtina verilmişdi.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir