Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan XİN başçılarının müzakirələrinə vasitəçilik etməkdən məmnundur

ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müzakirələrinə vasitəçilik etməkdən məmnundur.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə əsasən, dövlət katibi Entoni Blinken bu gün səhər hər iki ölkənin xarici işlər naziləri ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib.

Hər bir görüşdə Blinken diqqətə çatdırdı ki, məsələlərin həlli, davamlı və ləyaqətli sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir. ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından təsirlənib. Biz bu prosesin inkişafı üçün onlara kömək etməyə davam edəcəyik. Bu gün görüşün ilk günü idi və müzakirələr 29-na kimi davam edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir