Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində baş verib.
Belə ki, hadisə 1959-cu il təvəllüdlü Nabil Şahmarova məxsus fərdi yaşayış evində olub.
Yanğın yerinə Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Hadisə nəticəsində 1997-ci il təvəllüdlü X.Şahmarova və ev sahibi yanıq xəsarətləri alıb.
Vəziyyəti ağır olan 26 yaşlı qadın Bakı şəhərindəki Yanıq Mərkəzinə göndərilib.
Azinformasiya.az