Paşinyan: Ermənistanda 2020-ci ildə 12 600 nəfər ordudan yayınıb

2020-ci ildə baş vermiş 44 günlük müharibə səbəbindən Ermənistanda elan edilmiş hərbi vəziyyət dövründə hərbi xidmət qaydalarının pozulması, habelə digər hərbi cinayətlər üzrə başlanmış çoxsaylı cinayət işləri ümumilikdə 12600 nəfərə aid edilib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.

Paşinyan qeyd edib ki, cinayət işləri vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmrin yerinə yetirilməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə xitam vermə, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırma və başqa hallarla bağlı olaraq açılıb.

“Mən deyə bilmərəm ki, bu cinayət işləri ilə bağlı neçə nəfər təqsirli bilinəcək, təqsirsiz sayılacaq, kimlərin barəsində cinayət işinə xitam veriləcək, kimin işi məhkəməyə göndəriləcək”, – deyə Paşinyan diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir