Moldova MDB PA-dan çıxmaq prosesinə başlayıb

Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından (MDB PA) çıxmaq prosesinə başlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu TVR-Moldova telekanalına müsahibəsində bildirib.

Spikerin sözlərinə əsasən, Moldova artıq MDB PA tərkibindən çıxmaq proseduruna başlayıb və bir ay ərzində qərarın veriləcəyi gözlənilir:

“Əlbəttə ki, biz bəzi hüquqi prosedurlara əməl etməli olacağıq. Qərar layihəsi hökumətə təqdim olunub, nəticəsini gözləyirik. Proses başlayıb və məsələ artıq müzakirə olunur. Qərar layihəsi yaxın vaxtlarda parlamentə Milli Məclisə təqdim olunacaq”, – deyə Qrosu diqqətə çatdırıb.

“Mümkün qədər tez bir zamanda – cari parlament sessiyasının sonuna qədər MDB PA-nın yaradılması haqqında sazişin ləğvinə səs verməyi istəyirik”, – Moldova parlamentinin spikeri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir