Rusiya Prezidenti Vladimir Putin silahlı qiyamı dayandırmağa kömək edən hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında çıxış edib.
Azinformasiya.az xəbər verir ki, Rusiya liderri ilə Kremlin Sobornıy meydanında keçirilən görüşdə Daxili İşlər Nazirliyi, SOBR, OMON və digər qüvvələrin əməkdaşları iştirak edib.
Putin bildirib ki, ölkə üçün çətin bir zamanda Rusiya Federasiyasının hərbçiləri iğtişaşların qarşısını alıblar, hansı ki, iğtişaşın nəticəsi xaos olacaqdı: “Rusiya Federasiyasının hərbçiləri və hüquq-mühafizə orqanları faktiki olaraq vətəndaş müharibəsini dayandırdılar. Qiyam zamanı güc strukturları mühüm obyektlərin təhlükəsizliyini, hərbçilərin arxa cəbhəsinin gücünü təmin edib. Təhlükəsizlik qüvvələrinin çevik və dəqiq işi mülki insanlar arasında itkilərin qarşısını almağa imkan verib”.
Rusiya dövlət başçısı qiyam zamanı həlak olan pilotların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib, qeyd edib ki, pilotlar öz vəzifələrini şərəflə yerinə yetiriblər.
O Rusiya Federasiyasının xüsusi əməliyyat zonasından döyüş hissələrini çıxarmaq məcburiyyətində qalmadığını vurğulayıb.
Putin, həmçinin qeyd edib ki, insanlar, ordu, xalq qiyamçıların yanında olmayıb.
Azinformasiya.az