Kreml Rusiyada silahlı qiyama cəhd edən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin harada olmasından xəbərsizdir.
Azinformasiya.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Priqojinin Belarusa getməsi ilə bağlı heç bir məlumatının olmadığını deyib.
Qeyd edək ki, iyunun 24-də Rusiyada silahlı qiyama cəhd edən Priqojin Belarus dövlət başçısı Aleksandr Lukaşenkonun səylərindən sonra Moskvaya yürüşü dayandırıb. Məlum olub ki, qiyama cəhdi dayandırması qarşılığında Priqojinin Belarusa getməsinə icazə verilib. Ötən gün isə onun artıq Belarusda bir hoteldə görünməsi ilə bağlı məlumat yayılıb.
Azinformasiya.az