Silahlı qiyam bütün hallarda yatırılacaqdı.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.
O, ictimaiyyətin, partiyaların, dini qurumların, bütün cəmiyyətin konstitusiya quruluşunu dəstəkləməkdə qəti mövqe tutduğunu qeyd edib.
Putin söyləyib ki, qiyamın təşkilatçıları vətənə xəyanət ediblər.
Rusiya lideri qeyd edib ki, şənbə hadisələri zamanı həlak olan pilotların cəsarəti və fədakarlığı ölkəni dəhşətli nəticələrdən xilas edib.
Putin bildirib ki, “Vaqner” döyüşçülərinin böyük əksəriyyəti vətənpərvərlərdir. Onlardan sui-istifadə olunub.
Rusiya Prezidenti, həmçinin qeyd edib ki, qan tökülməsinin qarşısını almaq üçün qərarlar onun birbaşa göstərişi ilə qəbul edilib.
Putin qan tökməyə getməyən “Vaqner” əsgərlərinə təşəkkür edib.
O, “Vaqner”lə bağlı vəziyyətin həllinə verdiyi töhfəyə görə Lukaşenkoya minnətdarlığını bildirib.
Azinformasiya.az