Priqojin: Bizim Rusiyada hakimiyyəti devirmək məqsədimiz olmayıb

Bizim Rusiyada hakimiyyəti devirmək məqsədimiz olmayıb.

 

Azinformasiya.az xəbər verir ki, bunu “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib.

“Biz Moskvaya yürüşümüzü ədalətsizliyə görə başlatmışdıq. Yolda, yerdə bir nəfər əsgəri də öldürməmişik. Gün ərzində Moskvaya 200 km-ə qədər məsafə qət etmişik. Rostova daxil olub, şəhəri tam nəzarətə götürmüşük. Dinc insanlar bizi görməyə şad idilər. Biz master-klass göstərmişik ki, 24 fevral 2022-ci ildə başlayan xüsusi əməliyyat hansı şəkildə həyata keçirilməli idi. Bizim mövcud rejimi, qanuni seçilmiş hakimiyyəti devirmək məqsədimiz olmayıb. Ona görə geri döndük ki, rus əsgərinin qanı tökülməsin”, deyə Priqojin qeyd edib.

O, “Vaqner”in Rusiyada və dünyada döyüş qabiliyyətinə malik ən təcrübəli və döyüş qabiliyyətli bölmə olduğunu deyib. Bildirib ki, “Vaqner” Afrika, Ərəb dünyasında Rusiyanın maraqlarını müdafiə edib:

“Ukraynada da uğurlu fəaliyyət göstərib və ən ciddi tapşırıqları yerinə yetirib. İntriqalar və düşünülməmiş qərarlar nəticəsində Vaqner öz mövcudluğunu 2023-cü ilin 1 iyul tarixinə qədər bitirməli idi. Komandirlər şurası toplandı və heç kəs Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa razı olmadı. Çünki hər kəs gözəl bilir ki, bu, döyüş qabiliyyətinin tam itirilməsinə gətirib çıxaracaq”.

Priqojin çox az sayda Vaqner döyüşçüsünün Müdafiə Nazirliyinin tərəfinə keçdiyini, onlarla müqavilə bağladığını bildirib:

“Biz onların istədiklərinin qəti əleyhinə idik. Buna baxmayaraq, Müdafiə Nazirliyinin tabeliyinə keçmək qərarı ən arzuolunmaz vaxtda qəbul olunmuşdu. Buna baxmayaraq, biz bu qərar qəbul olunmayacağı halda iyunun 30-da Xüsusi Əməliyyat Zonasından çıxıb bütün texnikanı Rostovda qərargaha nümayişkaranə şəkildə təhvil vermək istəyirdik. Baxmayaraq ki, biz heç bir aqressiya göstərməmişdik, bizə raket zərbəsi endirildi və bundan sonra helikopterləri işə saldılar. 30-a yaxın “Vaqner” döyüşçüsü həlak oldu, bir neçəsi yaralandı. Bütün bunlar “Vaqner” komandirlər şurasının dərhal hərəkətə keçmək haqqında qərar qəbul etməsinə səbəb oldu. Mən bəyan etdim ki, biz heç bir halda aqressiya göstərməyə hazırlaşmırıq. Əgər bizə zərbə endirilsə, bunu bizi məhv etmək cəhdi kimi qəbul edəcəyik və adekvat cavab verəcəyik. 24 saat davam edən bütün yürüş zamanı biz 780 km məsafə qət etdik. Yerdə bir nəfər də olsun əsgər öldürülmədi. Təəssüf edirik ki, biz aviasiya vasitələrinə zərbə endirmək məcburiyyətinə olmuşuq. Həmin aviasiya vasitələri bizim üzərimizə bombalar atıb, zərbə endirirdi. Biz Moskvaya 200 km qala məsafə qət etdik. Bu müddət ərzində yolumuzun üzərində olan bütün hərbi obyektləri zərərsizləşdirib, blokladıq. Bir daha xatırladım ki, yerdə olan heç kəs həlak olmadı”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir