Lavrov: Uğursuz qiyam Rusiya ilə dostları arasında münasibətlərdə çətinlik yaratmayacaq

Uğursuz qiyam Rusiya Federasiyası ilə dostları arasında münasibətlərdə çətinlik yaratmayacaq, lakin qalanları üçün bunun heç bir fərqi yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, Rusiya xüsusi xidmət orqanları 24 iyun hadisələrində Qərb kəşfiyyat xidmətlərinin iştirak edib-etmədiyini araşdırır.

Lavrov bildirib ki, onun bir çox həmkarı 24 iyun hadisələri fonunda Rusiya Federasiyası ilə həmrəylik ifadə edib, amma bəziləri zənglər barədə açıq danışmamağı xahiş edib.

Lavrov ABŞ səfirinin Rusiya Federasiyasında baş verənlərlə əlaqədar Rusiya nümayəndələri ilə əlaqə saxladığını da təsdiqləyib.

Rusiya Xin rəhbəri,həmçinin qeyd edib ki, ABŞ səfiri Rusiya Federasiyasının nümayəndələri ilə qiyam ətrafındakı vəziyyətlə bağlı söhbətində bunun Rusiyanın daxili işi olduğunu söyləyib.

“ABŞ səfiri Rusiya Federasiyasının nümayəndələrinə Vaşinqtonun qiyamla heç bir əlaqəsinin olmadığını və nüvə silahının təhlükəsizliyinə ümid etdiyini bildirən siqnallar verib”, deyə Lavrov diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir