Rusiya və İran dövlət başçıları telefonla danışıb, Rəisi Putinə dəstəyini ifadə edib

Rusiya və İran Prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

İran Prezidenti Rusiyada baş vermiş son hadisələrlə bağlı ölkə rəhbərliyinə tam dəstəyini ifadə edib.

Telefon danışığı zamanı tərəflər beynəlxalq gündəmdəki məsələləri, habelə Suriya nizamlanması məsələsini müzakirə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir