Kiriakos Mitsotakis Yunanıstanın Baş naziri qismində and içib

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin andiçmə mərasimi baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, yerli ERT 1 televiziya kanalı mərasimi yayımlayıb.

Parlament seçkilərində qalib gələn “Yeni Demokratiya” partiyasının lideri ölkə konstitusiyasına və qanunlarına riayət edəcəyinə, yunan xalqının maraqlarına və mənafeyinə xidmət edəcəyinə and içib.

Mərasim Yunanıstan Prezidenti Katerina Sakellaropulunun iştirakı ilə Prezident Sarayında təşkil edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir