Rusiyanın “Vagner” muzdlu qrupunun ləğv edilmiş üsyanı Kremlin Ukraynaya qarşı müharibəyə başlamaqla strateji səhv etdiyini nümayiş etdirdi.
Azinformasiya.az “Reuters“ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Həftə sonu baş verən hadisələr Rusiyanın daxili işidir, bununla belə bu, Prezident Putinin Krımı qanunsuz ilhaq etməklə və Ukraynaya qarşı müharibə ilə böyük strateji səhv etdiyinin nümayişidir”, – deyə Stoltenberq Litvanın paytaxtı Vilnüsdə deyib.
Baş katib Belarusdakı vəziyyətin monitorinq ediliyini deyib və Moskvanın oraya nüvə silahları yerləşdirməsini bir daha qınayıb:
“Biz Rusiyanın nüvə silahlarından istifadəyə hazırlaşmasına dair heç bir əlamət görmürük, bununla belə NATO sayıqdır”.
Stoltenberq Alyansın Ukraynaya dəstəyinin lazım olduğu qədər davam etdiriləcəyini bir daha vurğulayıb.
Azinformasiya.az