Ermənistanda sabiq nazirlə bağlı iş üzrə istintaq yekunlaşıb

Ermənistanın keçmiş ekologiya naziri Aram Arutyunyana qarşı işin ibtidai istintaqı yekunlaşıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, məhkəmə keçmiş məmura, onunla əlbir olanlara məxsus onlarla daşınmaz əmlak və bank hesablarına həbs qoyub.

Məlumata görə, rüşvət almaqda günahlandırılan və hələ 2019-cu ildə axtarışa verilmiş sabiq nazirin məhkəmədə olmaması nəzərə alınaraq, istintaq qiyabi aparılıb.

Hüquq-mühafizə orqanları, həmçinin qeyd edib ki, Arutyunyan, xüsusilə, böyük məbləğdə – 14 milyon dollar məbləğində rüşvət alıb, bunun 5 milyon dollarını qanuniləşdirib, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə edib və bu, ağır nəticələrə səbəb olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir