Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşəcək

Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton danışıqlarının tarixi dəqiqləşib.

 

Azinformasiya.az xəbər verir ki, Ermənistan XİN-in yaydığı məlumata görə, iyunun 27-dən etibarən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti raundu keçiriləcək.

Artıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona işgüzar səfərə gedir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir