“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, Vaqner rəhbəri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra hərbi kolonu geri çəkdiyini bildirib. O qeyd edib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana uyğun olaraq silahlı dəstə səhra düşərgəsinə qayıdır.
“Vaqner ÖHŞ-ni yenidən formalaşdırmaq istəyirdilər, biz iyunun 23-də ədalət yürüşünə çıxdıq. Bu müddət ərzində döyüşçülərimizin bir damla qanını da axıtmamışıq. İndi qan tökülə bilər. Tərəflərin birindən rus qanının töküləcəyinə görə məsuliyyət daşıyanların hər birini anlayaraq – kolonlarımızı geri qaytarıb əks istiqamətə plan üzrə səhra düşərgələrinə yola düşürük”, – deyə Priqojin vurğulayıb.
Priqojin, həmçinin qeyd edib ki, Vaqner döyüşçüləri Moskvaya 200 kilometr qalmış geri qayıdıblar. Bu müddət ərzində qrup üzvləri tərəfindən “bir damcı da qan tökülməyib”.
Azinformasiya.az