Priqojin Lukaşenkonun “Vaqner”in hərəkətini dayandırmaqla bağlı təklifini qəbul edib

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Priqojin Lukaşenkonun Vaqner qüvvələrinin hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün addım atmaq təklifini qəbul edib.

Belarus prezidentinin mətbuat xidməti, həmçinin bildirib ki, Lukaşenko Putinin razılığı ilə Priqojinlə danışıqlar aparıb.

Qeyd olunub ki, hazırda “Vaqner” özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanıb. Layihədə Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də mövcuddur.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir