Hərbi qiyamı təşkil edənlərin hərəkətləri mərhələli dövlət çevrilişi sxeminə tam uyğun gəlir. Bunu hadisələrin inkişafı göstərir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev söyləyib.
Medvedev hərbi qiyamda xarici mütəxəssislərin iştirakı ehtimalını yüksək hesab edir.
“Hazırkı silahlı üsyan yaxşı düşünülmüş və planlaşdırılmış əməliyyatdır, məqsəd ölkədə hakimiyyəti ələ keçirməkdir. Biz nüvə silahı quldurların əlinə keçməsin deyə hadisələrin ssenari üzrə getməsinə imkan verməyəcəyik”, – o bildirib.
Medvedev, həmçinin qeyd edib ki, Priqojinin şikayətləri, Müdafiə Nazirliyinin müəyyən öhdəliklərini yerinə yetirməməsi, arxa cəbhəyə raket “zərbələri” , məmurların korrupsiyası ilə bağlı fərziyyələri cəfəngiyyatdır.
Azinformasiya.az