Rusiyada baş verən hadisələrlə əlaqədar Avropa İttifaqı (Aİ) və NATO növbədənkənar görüşlər planlaşdırmır.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda“ məlumat yayıb.
Qeyd olunub ki, planlaşdırıldığı kimi, Aİ səfirləri 26 iyunda Lüksemburqda görüşəcək, ondan sonra isə xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bundan başqa, qeyd olunub ki, Baş katib Yens Stoltenberq 26 iyun tarixində Litvada mətbuata açıqlamalar verəcək.
Aİ də vəziyyəti yaxından izləyir, Moskvadakı səfirlə əlaqə saxlayır, üzv ölkələr və tərəfdaşlarla daxili məsləhətləşmələr aparır və baş verənləri Rusiyanın daxili problemləri məsələsi kimi dəyərləndirir.
Azinformasiya.az