Putin: Rusiya özünü daxili xəyanətdən müdafiə edəcək

Rusiyada üsyan təşkil etməyə çalışırlar.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində söyləyib.

Rusiya lideri bildirib ki, onlar üsyanla Rusiyanı məğlubiyyətə və təslim olmağa sövq etməyə çalışırlar: “Rusiya özünü daxili xəyanətdən müdafiə edəcək”.

Putin silahlı üsyanla bağlı vəziyyəti ölkəyə, o cümlədən xalqa vurulan zərbə və xəyanət adlandırıb: “Hərbi üsyanı təşkil edən Rusiyaya xəyanət edib və buna görə cavab verəcək. Mən Rusiyanın Prezidenti, Ali Baş Komandan və Rusiya vətəndaşı kimi ölkənin müdafiəsi üçün hər şeyi edəcəyəm, qətiyyətli addımlar atılacaq”.

Putin qeyd edib ki, hərbi qiyamla bağlı Silahlı Qüvvələrə müvafiq əmr verilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir