“Vaqner” rəhbəri Yevgeni Priqojinin Rusiyadakı anti-terror əməliyyatı artıq Rostovun, bir neçə federal magistralın, Cənub Hərbi Dairəsinin qərargahının ələ keçirilməsinə səbəb olub”.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Twitter“də paylaşım edib.
Podolyakın sözlərinə əsasən, Rusiyada baş verənlər geniş miqyas alıb. Rusiya elitasında parçalanma göz qabağındadır.
“Rusiya hakimiyyətinin razılığa gəlmək və hər şeyin həll olunması təsəvvürünü yaratmaq iddiaları heç bir nəticə verməyəcək. Kimsə mütləq uduzmalıdır: ya Priqojin (ölümcül sonla), ya da Putin və onun komandası”, – Podolyak vurğulayıb.
Azinformasiya.az