Rusiya MN “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb

Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib.

 

Azinformasiya.az xəbər verir ki, MN müraciətində vaqnerçiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb.

“Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq başa düşüb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım edilib.

Sizdən ehtiyatlı olmağınızı və mümkün olduğu qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, – deyə diqqətə çatdırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir