Rusiya Müdafiə Nazirliyi ilə Ukraynada döyüşən “Vaqner” özəl hərbi şirkəti arasında böhran dərinləşməkdə davam edir.
Azinformasiya.az xəbər verir ki, “Vaqner”in rəhbəri – iş adamı Yevgeni Priqojin Müdafiə Nazirliyini silahlı qurupun düşərgələrinə zərbə endirməkdə təqsirləndirib.
O, bunun qisasını alacağına söz verib.
Priqojin Rusiya Müdafiə Nazirliyinin onun muzdlu düşərgələrinə raket hücumu həyata keçiriyini iddia edir.
Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatına cavab verib.
Bildirilib ki, Priqojin adından sosial şəbəkələrdə Rusiya Müdafiə Nazirliyinin “Vaqner” özəl hərbi şirkətinin arxa cəbhədəki düşərgələrinə guya zərbə endirməsi ilə əlaqədar yayılan məlumatlar və videogörüntülər həqiqətə ziddir və təxribatdır.
Azinformasiya.az