Neftçalada qatar yük maşınını vurub, 1 nəfər ölüb

Neftçalada qatar yük avtomobili ilə toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Neftçalanın Qaçaqkənd kəndində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda qatar “Shagman” markalı avtomobili vurub.

Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir