Özbəkistan Senatı Qazaxıstanla sərhədin demarkasiyası ilə bağlı sazişi təsdiqləyib

Özbəkistan Senatı Qazaxıstanla dövlət sərhədinin demarkasiyası ilə bağlı sazişi təsdiqləyib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə məlumat Senatın rəsmi saytında dərc olunub.

Sazişdə qeyd olunub ki, Özbəkistan-Qazaxıstan dövlət sərhədinin müəyyənləşdirilməsi üzrə aparılan işlər tam yekunlaşıb, bununla da sərhəd təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsi üçün ən vacib ilkin şərtlər yaradılıb.

“Özbəkistan ilə Qazaxıstan arasında “Özbəkistan-Qazaxıstan dövlət sərhədinin demarkasiyası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanun senatorlar tərəfindən təsdiq edilib”, – deyə məlumatda bildirilib.

Eyni zamanda qeyd olunub ki, Qazaxıstanla dövlət sərhədinin demarkasiyası ilə bağlı Sazişi keçən ilin 21 dekabrında Özbəkistan Şavkat Mirziyoyev və Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıblar.

“Son illər iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və başqa sahələrdə əməkdaşlığın yeni dövrü başlayıb”, – deyə Senatın məlumatında qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir