KİV: Hindistan ABŞ-dan aldığı PUA-lardan Çinlə sərhəddə istifadə edəcək

Hindistan hökuməti ABŞ-dan aldığı pilotsuz uçuş aparatlarından (PUA) Çinlə sərhəddə istifadə etmək istəyir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, PUA-lar sərhədyanı ərazidə Çin ordusunun şəxsi heyətinin və texnikasının yerdəyişməsi, artilleriya mövqeləri və yeni sərhəd infrastrukturu haqqında məlumat toplayır.

Bundan başqa, bildirilib ki, Hindistan ordusunun arsenalında yerli və İsrail istehsalı olan bir sıra zərbə dronları da var ki, onların böyük hissəsi müasir sensorlar və kameralarla təchiz olunub. Onlar Çin Silahlı Qüvvələrinin sərhəd bölgələrindəki fəaliyyətini izləmək üçün peyk görüntülərindən istifadə edir.

Qeyd edək ki, 2020-ci ilin may-iyun aylarında Hindistan və Çin sərhədində yerləşən Ladax dağlıq bölgəsində iki ölkənin hərbi qulluqçuları arasında hər iki tərəfdən itkilərə səbəb olan toqquşma yaranıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir