Hacıqabulda ölümlə nəticələnən qəza baş verib

Hacıqabulda ölümlə nəticələnən qəza baş verib.

 

Azinformasiya.az xəbər verir ki, Hacıqabul rayon 2-ci Paşalı kəndi ərazisində Babayev Məhəmməd İmamverdi oğlu “Opel Zafira” markalı avtomobili idarə edərkən idarəetməni itirərək avtomobili yoldan çıxarıb və aşırıb.

Qəza nəticəsində sürücü aldığı bədən xəsarətlərindən ölüb. Avtomobildə olan sərnişin 1995-ci il təvəllüdlü Ağayev Mircəlal Seyidəzim oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan ŞMX-ya daxil olub.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir