Goranboyda evdə yanğın olub, 64 yaşlı qadın tüstüdən boğularaq ölüb

Goranboyda yanğın hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində baş verib.

Kənd sakini 64 yaşlı Maya Yusibovaya məxsus iki mərtəbəli evin birinci mərtəbəsində yanğın olub. Əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı Maya Yusubova tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir