ABŞ yaxın zamanda Finlandiya ilə yanaşı, İsveçin də NATO-ya daxil olacağına ümid edir.
Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ-nın Türkiyədəki səfiri Ceyms Fleyk jurnalistlərə açıqlamasında bildirib.
O, həmçinin vurğulayıb ki, Türkiyənin təhlükəsizlik tələbləri diqqətdən kənarda qalmamalıdır.
“İsveç də lazımi tədbirlər görməlidir və bunu etdiklərinə inanırıq. Hətta PKK-ya qarşı daha güclü mübarizə apara bilmək üçün konstitusiyalarında dəyişiklik etdilər. Biz hesab edirik ki, İsveçin NATO-ya üzv olmaq vaxtı yetişib. İsveçin Vilnüs sammitindən öncəl və ya ondan sonra Alyansa üzv olacağına ümid edirik”, – deyə səfir diqqətə çatdırıb.
C. Fleyk, eyni zamanda qeyd edib ki, “hazırda ABŞ və Türkiyə prezidentlərinin görüşü ilə bağlı danışmaq üçün tezdir”.
Azinformasiya.az