Türkiyə Milli Müdafiə Şurasının sədri Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstanda səfərdə olan Türkiyə Milli Müdafiə Şurasının sədri Seyfullah Hacımüftüoğlu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, məlumatı Gürcüstan XİN yayıb. Bildirilib ki, görüş əsnasında tərəflər iki ölkə arasında mövcud strateji münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurla inkişaf etdirildiyi qeyd olunub.

Tərəflər Gürcüstan-Türkiyə əməkdaşlığının dayanıqlı və stabil regional inkişaf baxımından vacibliyini qeyd ediblər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də Seyfullah Hacımüftüoğlunu qəbul edib. Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən, hökumət rəhbəri söhbət zamanı Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə və Avro-Atlantik inteqrasiyasına güclü dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir