Şoyqu: Ukrayna Krıma “HIMARS” və “Shadow” raketləri ilə zərbə endirməyi planlaşdırır

İyunun 4-dən bəri Ukrayna Silahlı Qüvvələri Rusiyanın mövqelərinə 263 hücum edib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə əsasən, bu hücumların hər biri dəf edilib.

Şoyqu qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Krıma “HIMARS” və “Storm Shadow” raketləri ilə zərbə endirməyi planlaşdırır.

“Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi ABŞ və Böyük Britaniyanın münaqişəyə tam cəlb olunması demək olacaq. Xüsusi əməliyyat zonasından kənarda “HIMARS” və “Storm Shadow” raketlərinin istifadəsi Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə dərhal zərbələr endirilməsi ilə nəticələnəcək”, deyə Şoyqu diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir