Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana səfəri çərçivəsində Prezident Kasım-Jomart Tokayevlə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.
Tokayevlə Almaniya dövlət başçısının siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etdikləri, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirdikləri bildirilib.
Bundan başqa, tərəflər beynəlxalq və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Prezidentlər arasında danışıqların dostluq şəraitində keçdiyi, konstruktiv və mənalı olduğu və ikitərəfli iqtisadi gündəliyin bir sıra sahələrində əməkdaşlığın qurulması ilə bağlı razılıqların əldə olunduğu məlumatda bildirilib.
Azinformasiya.az