Azərbaycan və Ermənistan arasında son vaxtlar görülən işlər olduqca əhəmiyyətlidir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Maria Peyçinoviç-Buriç qurumun yay sessiyasında çıxışı zamanı bildirib.
O, iki ölkə arasında etimad qurulması tədbirlərinin əhəmiyyəti haqqında danışıb, bu yolla Avropa Şurasının məsələlərin həlli yolunun tapılacağına inandığını qeyd edib.
“Avropa Şurasının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana səfəri oldu. Bundan bir neçə həftə sonra isə, nümayəndə heyətinin Ermənistana səfəri planlaşdırılıb. Bu yaxınlarda iki ölkə arasında görülən işlər çox vacibdir, mən daha çox dialoqu, bir-birimizi daha çox dinləməyi, həlli açıq qalan məsələlər üzərində daha çox işləməyi təşviq edirəm”, – Baş katib vurğulayıb.
Maria Peyçinoviç-Buriç yeni münaqişələr yaratmaq yerinə var olan münaqişələrin həllinə ehtiyac olduğunu bildirib.
Azinformasiya.az