Ukraynanın öz torpaqlarını azad etmək hüququ var. Hazırda Ukraynanın əks-hücumu davam edir.
Azinformasiya.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Almaniya Kansleri Olaf Şoltsla mətbuata birgə bəyanatı zamanı bildirib.
“Ukraynanın döyüş meydanında daha çox qələbə qazanması onun əlini müzakirə masasında daha da qüvvətləndirəcək. Biz hamımız bu müharibənin bitməsini istəyirik. Ancaq ədalətli sülh münaqişəni dondurmaq və Rusiya tərəfindən diktə edilmiş razılaşmanı qəbul etmək mənasına gəlmir. NATO bu münaqişədə tərəf deyil. Biz BMT Nizamnaməsində də qeyd olunduğu kimi, özünümüdafiə hüququnun gücləndirilməsi üçün Ukraynanın yanında dayanırıq”, – Baş katib vurğulayıb.
Azinformasiya.az