Cevdet Yılmaz: Şimali Kiprin müstəqilliyi Ankara üçün hədəfdir

Kiprdə həll ancaq adada mövcud olan reallıqlar əsasında həyata keçirilə bilər.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfəri zamanı bildirib.

O, Türkiyənin Şimali Kipr Türk Respublikasının (ŞKTR) haqlarını müdafiə etməyə davam edəcəyini qeyd edib. Bundan başqa, Cevdet Yılmaz bildirib ki, Şimali Kiprin müstəqilliyi Ankara üçün hədəfdir.

Türkiyənin vitse-prezidenti Şərqi Aralıq dənizinin təbii qaynaqlarının ortaq və ədalətli şəkildə paylaşılmasının önəmini vurğulayaraq Kiprin yunan hökumətini əməkdaşlığa dəvət edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir